Biz Kimik?

Meta Vision — yaradıcı düşüncə ilə strateji yanaşmanı birləşdirən marketing və kreativ həllər agentliyidir. Biz, fikirləri sadəcə vizuallaşdırmırıq onlara dəyər qatırıq.

Meta Vision, "Meta Group"-a daxil.olan üç şirkətdən biridir. Meta Group hal-hazırda üç əsas istiqamətdə fəaliyyət göstərir:
  • Meta Education – Təhsil və inkişaf xidmətləri
  • Meta Mühasibatlıq – Maliyyə və mühasibatlıq həlləri
  • Meta Vision – Reklam və çap xidmətlər
Bu struktur bizə geniş təcrübə bazası və dərin baxış bucağı qazandırır. Müştərilərimizə təqdim etdiyimiz hər bir xidmət, bu güclü ekosistemin nəticəsi olaraq yüksək keyfiyyət və etibarlılıqla təqdim olunur.

Missiyamız və Vizyonumuz
Missiyamız

Meta Vision olaraq missiyamız — müştərilərimizin biznes hədəflərini kreativ düşüncə, peşəkar yanaşma və fərdi həllərlə gerçəkləşdirməkdir. Biz, hər bir layihəyə yalnız dizayn deyil, dəyər qatırıq. Müştəri istəklərini dinləmək, anlamaq və onları ən doğru vizual həllərlə ifadə etmək bizim əsas yol xəritəmizdir.


Vizyonumuz

Rəqəmsal və yaradıcı sahədə regionun aparıcı kreativ agentliklərindən biri olmaq. Meta Vision — sadəcə bir xidmət təminatçısı deyil, brendin yol yoldaşıdır. Biz, müştərilərimizin ideyalarını inkişaf etdirərək onları dəyərli markalara çeviririk.